Azadsöz.az xəbər verir ki, ötən gün Lənkəranda baş vermiş qəza nəticəsində 6-cı sinif şagirdi Əliyev Murad Əhliman oğlu dünyasını dəyişib.
Bununla bağlı Muradın təhsil aldığı Lənkəran şəhər 8 nömrəli tam orta məktəb məlumat yayıb.
Xatırladaq ki, Əhliman Əliyevə məxsus “VAZ 2107” markalı avtomobil yoldan çıxaraq elektrik dirəyinə çırpılıb. Nəticədə sürücünün oğlu – 2012-ci il təvəllüdlü Murad Əhliman oğlu Əliyev ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Əhliman Əliyev Təcili Tibbi Yardım stansiyasının əməkdaşı olub.
Faktla bağlı araşdırma aparılır.