Azadsöz.az xəbər verir ki, sabiq səhiyyə naziri Oqtay Şirəliyevin səhhətində problem yaranması ilə bağlı nazirin müalicə üçün Türkiyəyə aparıldığı deyilirdi.
Oqtay Şirəliyevin xərçəng xəstəliyindən əziyyət çəkdiyi məlum olub. Bununla bağlı dəfələrlə Almaniya və Türkiyədə müalicə alsa da, beynində olan şiş metastaz verib.
Hazırda Türkiyədə müalicə alan 73 yaşlı eks-nazirin vəziyyətinin ağır olduğu bildirilir.
Xatırladaq ki, Oqtay Şirəliyev Prezident İlham Əliyevin Sərəncamı ilə 23 aprel 2021-ci ildə səhiyyə naziri vəzifəsindən azad edilib. (bakupost)