05 May 2024 08:46

Fərqliliyimiz Uğurumuzdur

“Mortal Kombat 2” filminin çəkilişləri başa çatıb

Azadsöz.az xəbər verir ki, Hollivudda “Mortal Kombat” filminin ikinci hissəsinin çəkilişləri başa çatıb.

Bu barədə filmin baş rol ifaçısı Lyuis Tan sosial şəbəkədə məlumat verib.

Yeni “Kombat”ın dəqiq buraxılış tarixi məlum deyil.  

Filmdə Karl Urban (Conni Keyc), Adelin Rudolf (Kitana) və Tati Qabriel (Ceyd) kimi aktyorlar çəkilib.

Rejissor postunu birinci hissənin müəllifi Saymon Makkuoyd turub, ssenari üzərində Ceremi Sleyter çalışıb.

Qeyd edək ki, filmin ilk hissəsi 2021-ci ildə ekranlara çıxıb və 84 milyon dollar qazanc əldə edib.