Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun məlumatına görə, şübhəli şəxsin yaşadığı evə baxış keçirilən zaman oradan 1 ədəd atəşə yaralı “Kalaşnikov” avtomatı, 1 ədəd həmin avtomata məxsus daraq və 13 ədəd 7.62 mm-lik patron aşkar edilib. F. İsmayılov ifadəsində silahı bir müddət əvvəl tapdığını və satmaq məqsədi ilə saxladığını etiraf edib.
Bundan başqa, Şəmkir Rayon Polis Şöbəsinin Kür Polis Bölməsinin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Rəşad Rzayev də saxlanılıb. Şübhəli şəxsin üzərindən və yaşadığı evdən marixuana aşkar edilərək götürülüb.
Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub, faktlarla bağlı araşdırmalar davam etdirilir.