Azadsöz.az xəbər verir ki, İsayev Rauf Soltanməcid oğlu 1962-ci il sentyabrın 25-də Göyçayda anadan olub. Rauf İsayev Məişət kondisioneri zavodunda çilingər işləmişdir.
20 Yanvar 1990-cı il Qanlı şənbə günü təxminən saat 24 radələrində evdən çıxıb. Salyan qazarmasının qabağında əsgərlər silahsız adamlara atəş açanda alnından yaralanıb. Mərkəzdən qaçan güllə mərhumun baş-beyin nahiyəsini tamamilə dağıtmışdır. Göyçay Şəhidlər Xiyabanında dəfn edilib.
Şəhidimizdən nişanə iki qız övladı yadıgar qalıb.Mehriban və Gülnar. Rauf İsayevin atası vəfat edib, anası əmək əlilidir. Qardaşı Yaşar anası ilə birlikdə Göyçayda yaşayır.
Azərbaycan Respublikası Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə Rauf İsayev ölümündən sonra ən yüksək fəxri ad olan “Azadlıq uğrunda mübariz” və “20 Yanvar Şəhidi” fəxri adını verilmişdir.
Qyed edək ki, şəhidimizin adının əbədləşdirilməsi məqsədi ilə Göyçay şəhərində yerləşən küçələrdən birinə şəhidimizin adı verilmişdir.