28 Noyabr 2024 09:49

20 Yanvar şəhidi Mehman Muradovun vəfatından 34 İL ÖTÜR-FOTO/VİDEO

Azadsöz.az xəbər verir ki, Muradov Mehman Əsəd oğlu 1961-ci il noyabrın 21-də Göyçayda anadan olub.Ailəsi  9 nəfərdən ibarət olub.1965-1966-ci ilin sentyabrında Göyçay  şəhər  4 saylı orta məktəbin 8-ci sinfinə   qədər  oxumuç o dövürdə məktəb 8 illik olduğu  üçün  9-10-cu  sinifləri  oxumaq  üçün şəhər  3 saylı  məktəbdə  orta təhsilini almışdır.

1981-ci ildən “Azərelektroterm” Elm İstehsal Birliyində fəhlə işləyib.  1989-cu ilin iyul ayında ailə qurmuşdu. Ailə qurduğu 6 ay  imiş. 1986-cı ildə İnşaat mühəndisləri institutunu bitirib.1989-cu ildən birliyin təmir-tikinti idarəsində iş icraçısı işləyib.1985-ci ildən Sov. İKP üzvü olub.

20 Yanvar  1990-cı il  səhər barrikadalarda meyidlərin bir çoxu hələ yerdə idi və aparmağa icazə verilmirdi. Götürmək istəyəni vururdular. “Azərelektroterm” Elm İstehsal Birliyinin bir qrup işçisi, o cümlədən Muradov Mehman, İsmayılov Vahid, Abdiyev Fikrət, Bədəlov Məmməd, Bədəlov Əliyar və Ağayev Vasif avtovağzal rayonundan Salyan qazarması istiqamətinə [təxminən saat 15 radələrində  gedərkən qazarmanın giriş qapısının yaxınlığında bir nəfəri güllələyiblər. Sonra Mehman yıxılıb, biri onu qaldırmaq istəyib, onu da vurublar.  Ancaq bir neçə saatdan sonra onu xəstəxanaya gətirə biliblər. Həmin gün vəfat edib.Göyçay Şəhidlər  Xiyabanında  dəfn  edilib.

Azərbaycan Respublikası Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə Mehman Muradov ölümündən sonra ən yüksək fəxri  ad olan “Azadlıq uğrunda mübariz”  və “20 Yanvar Şəhidi”  fəxri adını verilmişdir.

Qyed edək ki, şəhidimizin  adının əbədləşdirilməsi məqsədi ilə Göyçay şəhərində yerləşən  küçələrdən birinə və Göyçay  şəhər  4 saylı  tam  orta məktəbə adı verilmişdir.

 

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul