Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini olan bir nəfər tapdığı “Kalaşnikov” markalı avtomatı, həmin silaha məxsus 3 darağı və 85 ədəd patronu könüllü olaraq təhvil verib. 

Əhalidə saxlanılan qanunsuz odlu silahların könüllülük prinsipi əsasında təhvil verilməsi məqsədilə aparılan profilaktik tədbirlərə dəstək verdiyi üçün vətəndaşa təşəkkür edilib.