Azadsöz.az xəbər verir ki, ödənişli avtomobil yolunda yeni yol nişanı qoyulub.
Bakı-Quba-Rusiya Federasiyası sərhədi yolunda maksimal sürət həddinin 110 km/saat olduğunu göstərən yol nişanları quraşdırılıb.
Məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli təsdiqləyib.