16 Sentyabr 2024 23:31

Şəmkirdə 6 otaqlı evdə yanğın olub

Azadsöz.az xəbər verir ki, Şəmkir rayonunun Çinarlı qəsəbəsində ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli 6 otaqlı evdə yanğınla nəticələnən partlayış hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğın nəticəsində evin yanar konstruskiyaları 145 m² sahədə, dam örtüyünün taxta atmaları 40 m² sahədə və bitişik sahəsi 40 m² olan talvarın taxta atmaları 20 m² sahədə yanıb. Yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 270 m² olan talvarın lambirdən ibarət tavanı 170 m² sahədə əriyib. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Evin və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.