Azadsöz.az xəbər verir ki, Avropa Parlamenti (AP) Azərbaycanda fevralın əvvəlində keçiriləcək prezident seçkilərinə müşahidəçi göndərməmək barədə qərar qəbul edib.
Bu barədə AP-nin aparıcı deputatlarının bəyanatında deyilir.
Sənəddə deyilir: “Avropa Parlamenti seçki prosesini müşahidə etməyəcək və buna görə də prosesin özü və ya onun nəticələrini şərh etməyəcək”.
Avropa Parlamenti aydınlaşdırıb ki, deputatlardan heç birinə Azərbaycandakı seçkiləri müşahidə etmək və onlara münasibət bildirmək səlahiyyəti yoxdur.
Dekabrın əvvəlində Azərbaycan prezidenti İlham Əliyev növbədənkənar prezident seçkilərinin 2024-cü il fevralın 7-də keçiriləcəyini bəyan edib.