Azadsöz.az xəbər verir ki, əməkdar artist, rejissor Sərvər Əliyev açıq ürək əməliyyatı keçirib.
Bu barədə “Qaynarinfo”ya onun özü məlumat verib.
Rejissor əməliyyatın uğurlu keçdiyini vurğulayıb:
“Ürəyimdə altı damarı dəyişiblər. Həkimlər müalicəmi davam etdirirlər. İnşallah vəziyyətim yaxşı olar”.
Qeyd edək ki, bir neçə il əvvəl Əməkdar artist, İrəvan Dövlət Azərbaycan Dram Teatrının rejissoru Sərvər Əliyevin ürəyində problem yaranıb.
Rejissorun ürəyinə ayrı-ayrı illərdə üç dəfə stent qoyulub.