Azadsöz.az xəbər verir ki, şəhər ərazisində 1974-cü il təvəllüdlü Rəsul İsrail oğlu Rəsulov yıxılaraq ağır yaralanıb.
R. Rəsulova Oğuz Rayon Mərkəzi Xəstəxanasında (RMX) lazımi tibbi yardım göstərilib.
R. Rəsulov müayinə edilmək üçün Qəbələ Rayon Mərkəzi Xəstəxanasına (RMX) göndərilərkən yolda aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.