30 Noyabr 2024 08:30

Sosial sığorta ödəmələri ARTIB

Azadsöz.az xəbər verir ki,2023-cü il ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5,2 milyard manata yaxın olub.

Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Bu mənbədən daxilolmalar 2022-ci illə müqayisədə 13,3 faiz və ya 610,5 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar əvvəlki ilə nisbətən 15,1 faiz artaraq 3,3 milyard manatdan çox təşkil edib.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2022-ci illə müqayisədə 14,2 faiz artıb və 183 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,1 faiz artaraq 134,2 milyon manat təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar əvvəlki illə müqayisədə 14,2 faiz artıb və 938,8 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 16,3 faiz artaraq 655,5 milyon manatdan çox təşkil edib.

Ankara escort İstanbul Travesti Shemale İstanbul