Azadsöz.az xəbər verir ki, bu barədə Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev jurnalistlərə açıqlamasında məlumat verib.
“Azərbaycan Prezidentinin Sərəncamı ilə yəhudi dini mədəni mərkəzi tikilir. Bu, yəhudilər üçün önəmli dəyərdir. Bundan öncə də dağ yəhudiləri üçün ibadət ocağı olan sinaqoq tikilmişdir. Bütün bunlar Azərbaycan dövləti tərəfindən həyata keçirilir”, – o qeyd edib.