20 Sentyabr 2024 05:08

Sabah hava necə olacaq? – PROQNOZ

Azadsöz.az xəbər verir ki,  sabah gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 2-4°, gündüz 7-10° olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 750 mm civə sütununa enəcək. Nisbi rütubət 55-65% olacaq.

Azərbaycanın rayonlarında qərb rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11°, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com