22 Noyabr 2024 19:58

Daha 4 nəfərin prezidentliyə namizədliyi qeydə alındı

Azadsöz.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası daha 4 nəfərin prezidentliyə namizədliyini qeydə alıb.

Bununla bağlı MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib.

Belə ki, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülməsi təsdiqlənən Fuad Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.

Bununla da prezidentliyə namizədliyi qeydə alınan şəxslərin sayı 7-yə çatıb.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Ankara escort İstanbul Travesti Shemale İstanbul