Azadsöz.az xəbər verir ki, Prezidentliyə namizədlərdən 7 nəfər vaxtında sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib və onların hamısı qeydə alınıb.
Bunu MSK sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.
O bildirib ki, qeydə alınan namizədlərdən 5-i siyasi partiyalardan, 2-si isə öz təşəbbüsü ilə namizədliyi irəli sürülənlərdir.
Qeyd edək ki, Azərbaycanda prezidentliyə namizədliyin qeydə alınması prosesi başa çatıb. 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb.
Prezidentliyə namizədliyi qeydə alınan şəxslər aşağıdakılardır:
1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;
3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev
7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev;