19 Sentyabr 2024 20:12

Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib: Xəsarət alan şəxslərin kimliyi bilinib

Azadsöz.az xəbər verir ki, Zaqatalada üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, qəza Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, mikroavtobusla “Niva” markalı avtomobillərin toqquşması nəticəsində Muğanlı kənd sakinləri – 1994-cü il təvəllüdlü Yusif Bayram oğlu Əliyev, 1987-ci il təvəllüdlü Səxavət Qəhrəman oğlu Qurbanov və 2014-cü il təvəllüdlü Ziya Saleh oğlu Dəmirov xəsarət alıblar.

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktala bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

****

23:03

Azadsöz.az xəbər verir ki, qəza Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Qəza zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda yaralılara tibbi yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktala vağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com