Azadsöz.az xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən əvvəllər müxtəlif cinayət əməllərinə görə məhkum olunmuş Məhsəti qəsəbə sakini Adil Məmmədov saxlanılıb.
DİN-dən verilən xəbərə görə, onun evinə baxış zamanı oradan 1 ədəd nömrəsi silinmiş “AK-74” avtomat silah, 14 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.