Azadsöz.az xəbər verir ki, Türkiyə ilə İran arasındakı Esendere Gömrük Məntəqəsində 10 kilometr uzunluğunda növbə yaranıb.
İran gömrüyündə 5 gündür sistem problemi olduğu üçün yük maşınları tıxacda qalıb.
Bildirilib ki, hazırda TIR-ların İrandan Türkiyəyə keçməsində problem yoxdur.
Sürücülər artıq yanacaq və yeməklərinin tükəndiyini bildiriblər.