19 Sentyabr 2024 20:10

Cəlilabadda azyaşlı bacılar kanalda boğulub öldü

Azadsöz.az xəbər verir ki, bu gün Cəlilabad rayonun Uzuntəpə kəndi ərazisindən keçən su kanalında 2016 və 2019-cu il təvəllüdlü 2 azyaşlı uşağın meyiti aşkar olunub.

Bu barədə Baş prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

xxx

Cəlilabad rayonunda iki azyaşlı kanala düşərək boğulub.

Hadisə rayonun Uzuntəpə kəndi ərazisində baş verib.

7 yaşlı Abdullayeva Leyla Vüsal qızı və bacısı, 4 yaşlı Abdullayeva Nərmin Vüsal qızı Cənubi Muğan kanalına düşərək boğulublar.

Faktla bağlı araşdırma aparılır.

xxx

Cəlilabadda iki nəfər kanala düşərək boğulub.

Hadisə rayonun Uzuntəpə kəndi ərazisində baş verib.

İki nəfərin kanala düşərək boğulduğu bildirilir. Hazırda onların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com