19 Sentyabr 2024 20:24

Elektrik qurğularının istismarı ilə bağlı tələblər dəyişir

Azadsöz.az xəbər verir ki, yanvarın 1-dən elektrik qurğularının istismarı ilə bağlı tələblər dəyişir.

Bu barədə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, 1 yanvar 2024-cü ildən 200 kVt-dan yuxarı elektrik qurğularının istismarı bu qanuna və “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq verilən icazə əsasında həyata keçiriləcək.

 

Hazırda isə 150 kVt-dan yuxarı elektrik qurğularının istismarı bu qanuna və “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq verilən icazə əsasında həyata keçirilə bilərdi.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com