19 Sentyabr 2024 20:38

Yeni rüsumlar MÜƏYYƏNLƏŞDİ

Azadsöz.az xəbər verir ki, Prezident İlham Əliyev “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Bununla əlaqədar olaraq “Dövlət rüsumu haqqında” qanuna 22.0.34-2-ci maddə əlavə edilib.

Qanuna əsasən, Azərbaycanda ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində fəaliyyət göstərmək istəyən ödəniş təşkilatı 2 000 manat dövlət rüsumu ödəyəcək.

Bundan başqa, ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində fəaliyyət göstərmək istəyən elektron pul təşkilatından 3 000 manat, operatordan isə 2 500 manat rüsum alınacaq.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com