19 Sentyabr 2024 20:29

Xəsarət alanlar var: Ağstafada QƏZA

Azadsöz.az  xəbər verir ki, Ağstafa rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Xəyal Vəliyev, 1976-cı il təvəllüdlü Firuz Abbasov və 1977-ci il təvəllüdlü Şərafət Allahverdiyeva xəsarət alıblar.

Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com