Azadsöz.az xəbər verir ki, gələn il Cəbrayıl və Qubadlı rayonunda modul tipli xəstəxanaların quraşdırılması nəzərdə tutulub.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun hesabatı ilə bağlı danışarkən deyib.
Agentlik sədri bildirib ki, Şuşa, Zəngilan, Laçın, Ağdam və Hadrutda bu tip xəstəxanalar quraşdırılıb.