Azadsöz.az xəbər verir ki, Qusarda avtobus qəzasında xəsarət alanların vəziyyəti stabil olaraq qiymətləndirilir. Bu barədə TƏBİB-dən bildirilib.
Qəza nəticəsində xəsarət alan 6 nəfər (1 kişi, 5 qadın olmaqla) Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəsarət alanlardan birinin (qadın cinsli) vəziyyəti orta ağır, digərlərinin vəziyyətləri stabil olaraq qiymətləndirilir.
Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində pasiyentlərə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.
“Qusar-Xurel marşrutu üzrə hərəkət edən sərnişin avtobusunun qəzaya uğraması ilə əlaqədar Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub. Təcili tibbi yardım briqadaları dərhal hadisə yerinə cəlb olunub”, – deyə TƏBİB-in açıqlamasında qeyd edilib.
*****
16:23
Nəticədə altı nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.
Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.