Azadsöz.az xəbər verir ki, Mariya Karapetyan Azərbaycanda yaşayan minlərlə ermənidən biridir. O, Birinci Qarabağ müharibəsində şəhid olan Samir Əliyevin anasıdır.
M.Karapetyan oğlunun torpaqlarımızın azadlığı uğrunda şəhid olması ilə qürur duyduğunu bildirib:
“Buranı Vətən sayıram. Oğlumun ruhu şaddır. Qarabağ həmişə Azərbaycanın olub, olacaq da”, – deyə şəhid anası qeyd edib.