Azadsöz.az xəbər verir ki, dekabrın 10-da DİM tərəfindən doktoranturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilib.
DİM-dən verilən məlumata görə, bundan əlavə, bu gün Dövlət Miqrasiya Xidməti ilə birlikdə Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı da keçirilib.