08 Sentyabr 2024 04:23

Tovuzda qatar gənci vurub ÖLDÜRDÜ

Azadsöz.az xəbər verir ki, hadisə saat 00:00 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus lokomotiv Tovuz-Qovlar mənzilində hərəkətdə olarkən  baş  verib.

Tovuz rayonu Hacıhəsənli kənd sakini, 1998-ci il təvəllüdlü Eldəniz İsmayıl oğlu Cəfərov dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib.Maşinist təcili tormozlama aparsa da, toqquşma qaçılmaz olub və həmin şəxs hadisə yerində dünyasını dəyişib.