Azadsöz.az xəbər verir ki, Milli Məclisin Mədəniyyət komitəsinə yeni sədr seçilib.
Bu, parlamentin bu gün keçirilən iclasında müzakirə olunub.
Belə ki, deputat Fazil Mustafa komitənin sədri, Ülviyyə Həmzəyeva isə komitənin sədr müavini seçilib.
Qeyd edək ki, Milli Məclisin Mədəniyyət komitəsinin əvvəlki sədri, deputat Qənirə Paşayeva bu ilin sentyabrın 28-də vəfat edib.