Azadsöz.az xəbər verir ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silahların tapılaraq yığılması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayon ərazisindən üç ədəd avtomat və üç ədəd tüfəng aşkar olunaraq götürülüb.
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən də qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.