29 Noyabr 2024 08:37

Masallıda “Tural” kafesində saxta alkoqollu içkilər aşkarlanıb-FOTO

Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Nəzarət tədbirləri çərçivəsində Masallı rayonu, Köhnə Alvadı kəndində fəaliyyət göstərən “Tural” kafesində Agentlik əməkdaşları plandankənar yoxlama keçirib.

Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub. Belə ki, kafedə işçi heyətin tibbi müayinədən keçmədiyi məlum olub, həmçinin son istifadə müddəti bitmiş qida məhsulları və ümumi həcmi 24 litr olan müxtəlif əmtəə nişanları saxtalaşdırılaraq kustar üsulla hazırlanmış alkoqollu içkilər aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsulların məhdudlaşdırılmasına və məhv edilməsinə dair qərar qəbul olunub. Araşdırmalar davam etdirilir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul