18 Oktyabr 2024 11:30

Xaçmazda 21 nəfər qızılcaya yoluxub

Azadsöz.az xəbər verir ki, sentyabr ayından bu günə qədər rayon mərkəzindən və ətraf kəndlərdən qızılca xəstəliyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə 21 sakin müraciət edib.

Onlardan 2-si Bakı şəhərindəki xəstəxanalara göndərillərək müalicə aldıqdan sonra geri qayıdıblar.

Digər şəxslərin səhhəti isə yaşayış yeri üzrə həkim nəzarətində saxlanılır.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının həkim-terapevti Tamara Kərimova “Report”un yerli bürosuna bildirib ki, təkcə uşaqlar arasında deyil, böyüklər arasında da qızılcaya yoluxma halları yayılıb: “Mövsümi xəstəliklərlə yanaşı, qızılca xəstəliyi də yayılıb. Qızılcanın ilkin əlamətləri temperaturun 38-40 dərəcəyə yüksəlməsi, bədəndə səpkilərin olması, gözlərin qızarması və mədə-bağırsağın pozulması hallarıdır. Bu hallar müşahidə edildikdə mütləq həkimə müraciət olunmalıdır. Valideynlərə tövsiyə edirik ki, uşaqlara peyvənd vurdursunlar və tibbi maskalardan istifadə edilsin. İnsan qızılca xəstəliyinə ömürdə bir dəfə yoluxur, daha sonra orqanizmdə immunitet yaranır. İkinci dəfə yoluxma olmur”.

Qeyd edək ki, xəstəliklə əlaqədar hələ ki Xaçmaz rayon məktəblərində distant təhsilə keçən sinif yoxdur.(report)

grandpashabet alefbahis istanbul travesti