Azadsöz.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri profilaktik tədbirlər nəticəsində bir neçə mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satdığı aşkar edilib.
Həmin şəxslər barəsində inzibati tənbeh tədbirləri görülüb.