Azadsöz.az xəbər verir ki, bu ilin mart ayında Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılıb. Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minib.
Belə ki, gələn ildən 2014-cü il istehsalı olan avtomobillərin də ölkəyə idxalı məhdudlaşdırılacaq. Avtomobillərin istehsal tarixinə görə Azərbaycana idxalının məhdudlaşdırılması Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli 94 saylı qərarına əsasən həyata keçirilir.