Azadsöz.az xəbər verir ki, 4 dekabr 2023-cü il tarixində Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri Elçin İsmayılovun rəhbərliyi ilə mərkəzin inzibati binasında suvarma suyunda yaranan və yarana biləcək problemlərin həlli istiqamətində görüş keçirilib.
Görüşdə Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri başda olmaqla mərkəzin əməkdaşları, Göyçay rayon Suvarma Sistemləri İdarəsinin və Sudan İstifadəedənlər Birliklərinin işçi heyyəti iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Elçin İsmayılov regionların sosial-iqitisadi inkişafı Dövlət Proqramından irəli gələn vəzifələrlə əlaqədar rayonda görülmüş işlərə toxunub. Aqrar sahənin uğur istiqamətində fermer və sahibkarlara göstərilən yüksək dövlət qayğısından danışıb. Su itkisinin qarşısının alınması, əkin sahələrinin suvarılması, arxları lil – çöküntülərdən vaxtı-vaxtında təmizlənib, arxların su ötürmə qabiliyyətinin artırılması və təmir-bərpa işlərini diqqətə çatdırıb.Taxıl sahələrində mövcud olan durumu və suvarma məsələlərində yarana biləcək problemi vaxtında aradan qaldırılmasını vurğulayıb.
Daha sonra suvarma suyunda növbəlilik qrafikinə uyğun suvarmanın aparılması, sudan səmərəli istifadə olunması və qarşıya çıxa biləcək çətinliklərin vaxtında həll olunması məsələləri müzakirə olunub.