16 Sentyabr 2024 23:35

Göyçayda növbəti ağacəkmə aksiyası keçirildi-FOTOLAR

Azadsöz.az xəbər verir ki, Göyçay rayonunda  yaşıllıqların artırılması və ətraf mühitin sağlamlaşdırılması məqsədi ilə  mövsümə uyğun  olaraq ağacəkmə aksiyası davam  etdirilir.

Rayon İcra Hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Seymur  Soltanov  və Şəhər Təsərrüfatı Birliyinin  rəhbəri  Murtuz   Salahovun  iştirakı  ilə  2 dekabr  2023-cü  il  tarixində  rayonun  Heydər  Əliyev  prospektində  növbəti  ağacəkmə  aksiyası  keçirilib.

İlkin olaraq əkiləcək  Eldar  şamının və həmişəyaşıl  sərv  ağacının  yerləri müəyyənləşdirilərək çalalar qazılıb və digər zəruri hazırlıq işləri görülüb.

Daha  sonra əkilməsi  işləri  həyata  keçirilib.Yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.

Qeyd  edək  ki, rayonda  müəyyən olunmuş  ərazilərə  ümummilikdə 250 ədəd Eldar  şamı və həmişəyaşıl  sərv  ağacı  əkilib.

 


Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev