Azadsöz.az xəbər verir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mobil telefonlar və tütün məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Gömrük Komitəsindən verilən xəbərə görə, idarənin əməliyyat şöbəsinə “Chevrolet” markalı avtomobilin sürücüsünün Moskva-Bakı aviareysi ilə gələn sərnişinlərdən mobil telefonlar və tütün məmulatlarını hava limanının avtodayanacağında təhvil alacağı barədə məlumat daxil olub.
Həmin nəqliyyat vasitəsi nəzarətə götürülüb və sözügedən şəxs sərnişinlərdən mobil telefonları alıb avtomobilə yığarkən saxlanılıb.
Onun idarə etdiyi avtomobilə baxış zamanı 14 ədəd “iPhone” markalı mobil telefon və üç qutu tütün məmulatı aşkar edilib.