Azadsöz.az xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə bələdiyyələrin yaradılacağını Milli Məclisdə keçirilən ictimai dinləmədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Fərid Əliyev deyib.
“Yaxın gələcəkdə işğaldan azad edilmiş ərazilərdə həyat tam bərpa ediləcək və biz orada bütün sahələrdə olduğu kimi yerli özünüidarəetmə sahəsində də inkişafın şahidi olacağıq”, – deyə sektor müdiri bildirib.