Azadsöz.az xəbər verir ki, ABŞ-ın Azərbaycandakı yeni səfiri Mark Libbi bu həftənin sonunda Bakıya gələcək.
Bu barədə diplomatik mənbələr məlumat yayıb.
Libbinin namizədliyi onun təyin olunmasından təxminən il yarım sonra noyabrın əvvəlində Senat tərəfindən təsdiqlənib. Ötən ilin yayından, Erl Litzenberqer bu vəzifəni tərk edəndən sonra Vaşinqtonun Azərbaycanda səfiri yoxdur.