23 Noyabr 2024 19:45

Məhkəmə “Kanal 13″ün rəhbəri barəsində HƏBS QƏRARI VERDİ

Azadsöz.az  xəbər  verir  ki, “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib.

Qərara əsasən, Əziz Orucov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Əziz Orucov ötən gün saxlanılıb və evində axtarış aparılıb. Ona Cinayət Məcəlləsinin 188-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsi ilə ittiham verilib.

Ankara escort İstanbul Travesti Shemale İstanbul