Əvvəlki dövrdə diplom tanınma müddəti uzun idi.
Azadsöz.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədr müavini Kamran Rəsulov deyib.
O qeyd edib ki, indi isə 12 iş günündə cavab verilir.
“Peşə tanınmasına ehtiyac yoxdursa, sərhəd keçməni yoxlayaraq diplom tanınması həyata keçirilir. Mühəndislik, hüquqşünaslıq və həkimlik ixtisasında isə sənədlər yoxlanıldıqdan sonra onları müvafiq olaraq DİM və Səhiyyə Nazirliyinə yönləndiririk. Onlar imtahan verir və peşə tanınması həyata keçirilir. Əvvəl yalnız tanınma idi. İndi isə bu proses bir neçə istiqamətə bölünüb.
Baxılma və icra müddəti 3 aydan 12 iş gününə endirilib”, – deyə o bildirib.