Azadsöz.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus “Təsərrüfat İdarəsi” və “Lokomotiv Servis” MMC-lər ləğv olunur.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti xəbər verir.
Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 230 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Təsərrüfat İdarəsi” 1996-cı ildə, “Lokomotiv Servis” 2021-ci ildə yaradılıb. Onların nizamnamə kapitalı müvafiq olaraq 100 və 200 manatdır.