Azadsöz.az xəbər verir ki, Azərbaycan, İran və Rusiyanın energetika nazirlərinin müavinləri arasında işgüzar görüş keçirilib.
Bu barədə İranın energetika naziri Əli Əkbər Mehrabian bildirib.
Görüş zamanı üç ölkənin elektrik enerji sistemlərinin birləşdirilməsi layihəsinin həyata keçirilməsi müzakirə olunub.
Qeyd olunub ki, məsələ ilə bağlı daha bir görüş keçiriləcək.
“Ümid edirik ki, ən çoxu yaxın altı ay ərzində İran, Rusiya və Azərbaycanın enerji sistemləri elektrik enerjisi mübadiləsinə başlayacaq”, – deyə nazir qeyd edib.
O qeyd edib ki, Gürcüstan, Azərbaycan və Türkmənistan ərazisindən keçməklə İran və Rusiyanın enerji sistemlərini birləşdirmək üçün üç optimal marşrut tədqiq edilib: “Biz Azərbaycan və Rusiya ilə çox yaxşı razılaşma əldə etmişik ki, bu da bizə üç ölkənin elektrik sistemlərini ən qısa zamanda inteqrasiya etməyə imkan verir”.