24 Noyabr 2024 07:28

Şəhid Polkovnik Babək Səmidlinin övladı atası ilə bağlı təsirli paylaşım ETDİ (FOTO)

Azadsöz.az  xəbər  verir  ki,  2020-ci il noyabrın 23-də Suqovuşan  ərazisində minaya düşərək  şəhid olan  Polkovnik, Azərbaycan Silahlı Qüvvələrinin Ordu Korpusunun Komandir müavini – Qərargah rəisi Babək Səmidlinin oğlu Mətləb Səmidli özünün  facebook  hesabında atası  ilə bağlı təsirli paylaşım edib.

Mətləb Səmidli atasının  fotosunu  özünün  facebook  hesabında  paylaşaraq  bu sözləri  qeyd edib:

“3 il oldu canım atam.Necə tez gəldi keçdi bu 3 il… İllər ötəcək,fəsillər dəyişəcək,amma sən hər zaman qəlbimdə qalacaqsan. Unudulmayacaqsan. Çox darıxırıq sənin üçün. Hər yerdə gözüm səni axtarır. Sən mənim arxa,dayağım idin. Canımızdan can getdi səni itirəndə. Sənsizlik çox ağır gəlir bizə və bu ağırlıq,boşluq hər zaman ürəyimizdə qalacaq. Mənim sərkərdə atam niyə belə oldu? Niyə vaxtsız ayrıldın getdin? Şəkillərinə baxdıqca dünyam başıma yıxılır. Kimsə bilmir nələr çəkdiyimi. Heç kim bəzən başa düşmür nələr çəkdiyimi.Çox vaxt ürəyimdə yaşayıram bütün əzabları. Heç vaxt barışa bilməyəcəyik sənin ölümünlə. Hər zaman öz ölümümü düşünmüşəm amma sənin ölümün heç vaxt ağlımdan keçməyib. Getdiyin gün sənin gedişinlə dünya bizim üçün durdu,saat dayandı. Şəhid olmamışdan 1 gün öncə gecə saatlarında evə sanki vidalaşmağa gəlmişdin. Son dəfə bir yerdə oturub birlikdə çörək yedik,söhbət etdik. Sənin tək bir sözün var idi “Biz bu işi sizlərə qoymayacağıq. Bizimlə başlayıb bizimlədə bitəcək!” Sən sözünü tutdun qəhraman atam.Ruhun şad olsun qazi olan,qalib olan həmdə şəhid olan Polkovnik! Rahat uyu Millətin Qəhramanı,rahat uyu ATAM!”

Ankara escort İstanbul Travesti Shemale İstanbul