16 Sentyabr 2024 23:02

72 nəfər də Füzuliyə yola salınır

Azadsöz.az  xəbər  verir  ki,  növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə – 72 nəfər köçürülür.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.