24 Noyabr 2024 10:12

“Ya qalib, ya qazi, ya da şəhid olaq”:Şəhid Polkovnik Babək Səmidlinin üçüncü ildönümüdür-FOTO/VİDEO

Azadsöz.az  xəbər  verir  ki, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş   Polkovnik Babək Səmidlinin şəhadətə qovuşmasından bu gün üç il  ötür.Polkovnik, Azərbaycan Silahlı  1-ci Ordu Korpusunun ideoloji iş və mənəvi-psixoloji təminat üzrə Komandir müavini, Qərargah rəisi, Vətən müharibəsinin şəhidi Babək Mətləb oğlu Səmidli 7 yanvar 1974-cü ildə Göyçay rayonunda anadan olub.

1980-ci ildə Göyçay şəhəri Məhəmməd Füzuli adına  6 nömrəli orta məktəbə daxil olmuş və 1991-ci ildə həmin orta məktəbi bitirmişdir. 1993-cü ildə Türkiyə  Respublikasının Ankara  şəhərində yerləşən Quru Qoşunları Ali Hərbi Məktəbinə daxil olub və 1997-ci il, 30 avqust tarixində oradan motoatıcı ixtisası üzrə məzun olmuşdur.Ailəli idi. Mətləb və Səmid adında 2 oğlu yadigar qaldı.

 

https://youtu.be/phcUrcPjH7U

Babək Səmidli 1997-ci ilin sentyabr ayından 1998-ci il may ayına qədər İstanbulda  yerləşən Tuzla Piyadə məktəbində zabit vəzifəsində ixtisaslaşma kursunda təhsil almışdır. 1998-ci ilin avqust ayına qədər Türkiyə Quru Qoşunlarının Birinci Ordusunun briqadasında motoatıcı taqım komandiri vəzəfəsində təcrübə keçmişdir. 1998-ci ilin sentyabr ayından  Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin  H. Z. Tağıyev qəsəbəsində yerləşən hərbi hissədə motoatıcı taqım komandiri vəzifəsinə təyin olunmuşdur. Hərbi hissədə xidmət etdiyi müddətdə fərqləndiyi üçün 2000-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məkətəbə taqım komandiri vəzifəsinə təyin olunmuşdur.

2003-cü ildən Tovuz rayonunda düşmənlə təmas xəttində bölük komandiri olaraq xidmətə davam etmişdir. Düşmənlə ön xətdə yerləşən strateji yüksəklikdə bölük komandiri olaraq, xidmət etdiyi müddət ərzində nümunəvi xidmət etmiş və düşmən atəşkəsi pozduğu zamanlarda ona layiqli cavab vermişdir. 2004-cü ilin sonlarında Tovuz rayonunda ön xətdə yerləşən taborda tabor komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsinə təyin edilmişdir. 2005-ci ildə Almaniyada “Corc Marşal” adına Avropa Təhlükəsizlik Mərkəzində kurs keçmişdir. 2005-ci ildə Hərbi Polisin xüsusi təyinatlı taborunda komandir müavini vəzifəsinə təyin olunmuşdur. 2007-ci ildə Hərbi Polisin qərargahında xidmət etmişdir. 2007-ci ildən 2010-cu ilə qədər Lənkəran rayon Hərbi Polisinin rəisi vəzifəsində xidmət etmişdir. 2010-cu ildə Füzuli rayonunda hərbi hisənin ön xətt taboruna tabor komandiri vəzifəsinə təyin olunmuşdur.Cəlilabad rayonunda yerləşən hərbi hissədə tabor komandiri, əməliyyat bölmə rəisi və qərargah rəisi vəzifələrində xidmət etmişdir. 2015-ci ildə Birinci Ordu Korpusunda korpusun əməliyyat bölmə rəisi vəzifəsinə təyin olunmuşdur. Daha sonra Birinci Ordu Korpusunda maddi texniki təminat bölməsinin baş zabiti olaraq xidmət etmişdir.

 

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq  Azərbaycan   və  Ermənistan Silahlı Qüvvələrinin  bölmələri arasında  cəbhənin Tərtər, Cəbrayıl və Füzuli  istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə  Aprel  döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Babək Səmidli 1-ci Ordu Korpusunun Əməliyyat bölməsinin rəisi idi. Cəbhənin Tərtər  rayonu  istiqamətində gedən döyüşlərin idarə edilməsi məhz ona həvalə olunmuşdu. Gecə döyüşləri zamanı  Tərtər rayonunun Talış   istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış zirvəsi  Azərbaycan Ordusu tərəfindən işğaldan azad olundu.Azərbaycan Ordusunun  yaranmasının 100 illiyi münasibətilə və  Azərbaycanın  qorunub saxlanılmasında xüsusi xidmətlərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə  Azərbaycan  Prezidenti İlham Əliyevin  25 iyun 2018-ci il tarixli Sərəncamına əsasən Babək Səmidli “Hərbi xidmətlərə görə” medalı  ilə təltif edilib.

Polkovnik  və 1-ci Ordu  Korpusunun Komandir müavini   olan Babək Səmidli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan  Vətən müharibəsi zamanı   Tərtər  rayonunun  Suqovuşan  qəsəbəsinin  azadlığı  uğrundan  gedən döyüşlərdə iştirak  edib. Onun rəhbərliyi altında Suqovuşan  qısa müddət ərzində işğaldan azad edilib. Şəhid Babək Səmidliyə məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilmişdir.

2020-ci il noyabrın 23-də Babək Səmidli  Suqovuşan  ərazisində minaya düşərək şəhid olub. O, Beynəlxalq Qızıl Xaç Komitəsi, Rusiya tərəfinin sülhməramlıları və Ermənistan tərəfinin rəsmilərində ibarət qrupun üzvü idi. Qrupun məqsədi döyüş meydanında qalan meyidlərin çıxarılması idi. Mina partlaması nəticəsində həmçinin 4 erməni rəsmisi və 1 rus sülhməramlısı da yaralandı. Babək Səmidli noyabrın 24-də  Göyçay  Şəhidlər Xiyabanında dəfn olunub.

Prezident İlham  Əliyevin   sərəncamına  əsasən, Polkovnik Babək Səmidli ölümündən  sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalı və “Zəfər” ordeni  ilə  təltif olunub.

 

Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul