27 İyul 2024 03:35

Şavkat Mirziyoyev Azərbaycana işgüzar səfərə gəlib

Azadsöz.az xəbər verir ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev noyabrın 23-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Şavkat Mirziyoyevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.