08 Sentyabr 2024 03:33

Göyçayda avtomobil yandı

Azadsöz.az xəbər verir ki, Göyçay şəhərində “Ford” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən xəbərə görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.