Azadsöz.az xəbər verir ki, bu gün Nyonda (İsveçrə) Avro-2024-ün pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
Püşkatmanın nəticələrinə əsasən aşağıdakı yığmalar üz-üzə gələcək.
Avro 2024-ün pley-off mərhələsi üçün bütün pley-off cütləri:
A Liqası
Polşa – Estoniya
Uels – Finlandiya
B Liqası
İsrail – İslandiya
Bosniya və Hersoqovina – Ukrayna
C Liqası
Gürcüstan – Lüksemburq
Yunanıstan – Qazaxıstan
Qeyd edək ki, pley-offun yarımfinalları 21 mart 2024-cü ildə, finallar isə 26 mart 2024-cü ildə keçiriləcək. Finalın üç qalibi 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatında iştirak edəcək.
Xatırladaq ki, daha əvvəl Xorvatiya, Fransa, Belçika, Portuqaliya, İspaniya, Şotlandiya, Türkiyə, Avstriya, İngiltərə, Macarıstan, Slovakiya, Albaniya, Danimarka, Niderland, İsveçrə, Rumıniya, Serbiya, İtaliya, Çexiya Sloveniya, eləcə də turnirin təşkilatçısı kimi Almaniya Avro 2024-ə vəsiqə qazanıb.